"Real" gənc futbolçusu Federiko Valverde müqaviləni yeniləyib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb. "Kral Klubu" uruqvaylı futbolçuya 750 milyon avro qiymət qoyub. 
Qeyd edək ki, Valverde bu mövsüm forma geyindiyi 12 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.