Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo "Real Madrid"in heyətində bu vaxta qədərki ən yaxşı göstəriciyə imza atıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu ilin ilk 2 ayı ərzində bütün turnirlərdə 9 oyuna 12 qol vurub.

Onun orta məhsuldarlığı hər matça 1,33 qol olub. Ronaldu "Selta" (2:2), "Vilyarreal" (0:1) və "Levante" (2:2) ilə görüşlərdə fərqlənə bilməyib. Qalan 6 qarşılaşmada təcrübəli forvard 4 "dubl", 1 "het-trik" və tək qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"də 2009-cu ildən çıxış edir.

Mənbə: “Report”