Bu gün İspaniya çempionatında 26-cı tura start verilib.

Offsideplus.az xəbər verir ki, turun açılış matçında “Real Madrid” səfərdə “Espanyol”la qarşılaşıb.

“Espanyol” güclü rəqibi qarşısında layiqli müqavimət göstərib. Oyun ərzində qarşılıqlı hücumlara baxmayaraq tərəflər istəklərinə nail ola bilməyiblər. Yalnız matçın son saniyələrində qol vurulub. Moreno “Espanyol”a 3 xal qazandıran qola imza atıb.

“Espanyol” – “Real Madrid” - 1:0

Qol: Moreno, 90+3