"Real" qapıçısı Andrey Lunini icarəyə verib.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı qolkiper La Liqanın digər təmsilçisi "Real Valyodolid"ə keçib. Klubun rəsmi saytı ukraynalı qapıçı ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Madrid klubu Lunini 2018-ci ildə "Zarya"dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən mövsüm "Leqanes"ə icarəyə verilmişdi.