İspaniyanın Kral Futbol Federasiyası (RFEF) fransalı hücumçu Antuan Qrizmannın Madrid "Atletiko"sundan Kataloniya klubuna keçidi ilə bağlı "Barselona"ya qarşı intizam işi açıb.
Offsideplus.az "As" nəşrinə istinadən xəbər verir ki, Qrizmann "Atletiko"dan "Barselona"ya iyulun 12-də 120 mln. avroya keçib.
Sonradan Madrid klubu bəyanatla çıxış edərək bildirib ki, "Barselona" fransalı hücumçu ilə 2018-ci ildən danışıqlar aparıb və Qrizmanının Madrid klubunun rəhbərliyi ilə təzminat miqdarının azaldılması barədə razılıq əldə etməsinə təsir göstərib.
Sonradan xəbər yayılıb ki, "Atletiko" futbolçunun mart ayında Kataloniya klubu nümayəndələri ilə apardığı danışıqlara dair sübutlara malikdir.
Madrid klubu "Barselona"dan futbolçuya görə ilkin təzminat məbləğinə daxil olan daha 80 mln. avro tələb edəcək