"Barselona"nın prezidenti Jozep Mariya Bartomeu "Atletiko"nun futbolçusu Antuan Qrizmannla maraqlandıqlarını təsdiqləyib.
Offsideplus.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbəri Madrid təmsilçisi ilə artıq danışıqlara başladıqlarını bildirib: "Qrizmannla maraqlanırıq. Bununla bağlı "Atletiko" ilə dünən görüşmüşük. Müqavilə ilə bağlı bəzi detalları müzakirə etmişik".
Qeyd edək ki, "Barselona"nın bu yay "Atletiko"dan ayrılacağını açıqlayan Qrizmannın transferini yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.