"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun transferindən imtina edib.

Offsideplus.az-ın məlumatına görə, daha doğrusu, Kataloniya klubu gənc forvardı bu yay almaq fikrindən daşınıb.

İspanlar onu gələn mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. Bununla bağlı futbolçu özü də məlumatlandırılıb. "Mançester Yunayted" isə Reşforda yeni 1 illik müqavilə təklif edib. İngiltərə millisinin üzvü razılıq verərsə, klub gələn mövsümün sonunda onun gedişinə müsbət cavab verəcək. İngilislər bu yolla oyunçusunun keçidindən gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Markus Reşfordun "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.