"Real"ın yarımmüdafiəçisi Toni Kroosun taleyinə aydınlıq gəlib.
Offsideplus.az-ın məlumatına görə, Almaniya millisinin üzvü karyerasını Madrid təmsilçisində davam etdirəcək.
PSJ və "Mançester Yunayted" kimi klubların maraq dairəsində olan 29 yaşlı orta sahə oyunçusu "Real"la müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Bununla bağlı bu gün "Santyaqo Bernabeu" stadionunda mətbuat konfransı təşkil ediləcək.
Qeyd edək ki, Toni Kroos 2014-cü ildən "Real"ın formasını geyinir.