"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer xəbərlərinə münasibət bildirib.
Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü Kataloniya klubundan ayrılmaq fikrində deyil.
O, instaqram hesabı vasitəsilə yayılan söz-söhbətləri təkzib edib: "Mümkündüsə, bu dedi-qodulara son qoyun. Belədə minnətdar olaram. "Barselona"nın oyunlarına və qələbələrinə köklənirəm. Hələ uzun illər bu klubda qalmağı düşünürəm".
Qeyd edək ki, 31 yaşlı orta sahə oyunçusunun mövsümün sonunda 50-60 milyon avro qarşılığında "İnter"ə keçəcəyi iddia edilir.