"Barselona" klubunun dizindən əməliyyat olunan futbolçusu Luis Suaresin son durumu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu 4-6 həftə meydana çıxa bilməyəcək.
Onun İspaniya kubokunun finalında "Valensiya" ilə görüşdə və iyun - iyul aylarında Braziliyada keçiriləcək Amerika kubokunda oynaya bilməyəcəyi məlum olub.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.