Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a məğlub olaraq mübarizəni dayandıran "Barselona" heyətində təmizləmə işlərinə hazırlaşır.
Offsideplus.az-ın AS nəşrinə istinadən məlumatına görə, Kataloniya klubu mövsümün sonunda 10 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
İcarə əsasında "Barsa"da çıxış edən Ceyson Murilyo və Kevin-Prins Boatenq müqavilə ilə məxsus olduqları "Valensiya" və "Sassuolo"ya qayıdacaq. Sözləşmə müddəti bitən Tomas Vermalenlə yeni müqavilə imzalanmayacaq. Yasper Silessen təxminən 30 milyon avroya transferə çıxarılacaq. Həmçinin Koutinyonun da 100 milyon avroya satılması gözlənilir.
Bundan başqa, Samuel Umtiti başqa komandaya keçə bilər. Bu, "Ayaks"ın kapitanı Matteys de Liqtin alınıb-alınmamasından asılıdı. İspaniya nəhəngi eyni zamanda Malkomu da minimum 35 milyon avroya sata bilər. İvan Rakitiçin yayda "İnter"ə transfer olunması yüksək ehtimaldı.
Kataloniyalılar Rafinya Alkantara və Denis Suaresi isə gələn mövsümün heyətində düşünmürlər.