"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo "Mançester Yunayted"ə keçməyəcək.
Offsideplus.az-ın məlumatına görə, "qırmızı-şeytanlar" Braziliya millisinin üzvündən imtina edib.
Buna səbəb Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə ev oyununda azarkeşlərin "sambaçı"ya olan münasibətidi. Azarkeşlərin topa hər toxunuşunda fitə basdığı oyunçunu rəhbərlik də transfer etməkdən imtina edib. Onlar Koutinyonun "Liverpul"da oynamasını əsas gətirərək, azarkeşlərin də bu keçidə qarşı çıxdıqlarını düşünür.
Qeyd edək ki, bir müddət əvvəl "Mançester Yunayted" bu keçid üçün 100 milyon avro təklif etməyə hazırlaşırdı.