"Barselona"nın futbolçusu Usman Dembele məşqlərə başlayıb.

Offsideplus.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi komanda ilə qismən məşq edib. O, hazırlığı fərdi məşqlə başa vurub.

Komandanın baş məşqçisi Ernesto Valverde fransalı oyunçuya La Liqanın 31-ci turunda "Atletiko" ilə matçda şans verməyəcək. O, Dembelenin Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə görüşə kimi tam hazır olmağını istəyir.

Qeyd edək ki, Dembele Çempionlar Liqasının 1/8 finalında "Lion"la cavab gorüşündə zədələnib.