“Sevilya” “Milan”dan icarəyə götürdüyü Andre Silvanın transfer hüququnu alacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə “Sevilya”nın idman direktoru Xoakin Kaparros İspaniya mətbuatına açıqlamasında deyib:
“Azarkeşlərimiz rahat ola bilərlər, Silva bizimlə qalacaq. Müqaviləsində olan 35 milyon avroluq məbləği ödəyərək, onunla yeni müqavilə imzalayacağıq. “Milan” və Silvanı istəyən digər klublar onu izləməyə davam etsinlər. Yay transfer pəncərəsi dövründə, ya da daha əvvəl onunla uzunmüddətli sözləşmə imzalayacağıq”.
“Sevilya” Silvanı 3 milyon avro qarşılığında icarəyə götürmüşdü. Portuqaliyalı futbolçu cari mövsümdə La Liqada çıxdığı 11 qarşılaşmada 7 dəfə fərqlənib.