"Kral Klubu"nun daha iki futbolçusu sıradan çıxıb

Offsideplus.az xəbər verir ki, İspaniya La Liqasında səfərə “Selta”nı 4:2 hesabı ilə məğlub edən  “Real”ın heyətində iki itki baş verib. Belə ki, matçın 19-cu dəqiqəsində Kasemiro, 71-ci dəqiqədə isə Naço Fernandez zədlənərək məcburi əvəzlənib.

İlkin müayyinədən sonra hər iki futbolçunun da zədəsinin ciddi olduğu ortaya çıxıb. Braziliyalı oyunçu Kasemironun 3 həftə, Naçonun isə 3 ay yaşıl meydanlardan uzaq qalacağı bidirilib.

Qeyd edək ki, Madrid təmsilçisində Varan, Marselo, Karvahal və Jesus Valejo zədə səbəbindən “Selta”ya qarşı oynaya bilməmişdi.