De Byazi ilə artırılan müqavilə əcnəbi məşqçilərə olan "sevgi"nin göstəricisidir... 

AFFA millinin baş məşqçisi Canni De Byazini daha bir seçmə mərhələ üçün komandada saxlamağa qərar verib.

İlk öncə onu deyim ki, bu qərar məni təəccübləndirmədi (italiyalı mütəxəssisin getməyinin tərəfdarıyam). O demək deyil ki, onun gedişindən sonra yığma komanda "ağ günə" çıxacaq və s. Xeyr, əsla bunu demək istəmirəm. Amma onu da qəbul etməliyik ki, De Byazinin fəaliyyəti bura qədərdir. 

İtaliyalı çalışdırıcını komandada saxlamaq o deməkdir ki, bir seçmə mərhələdə belə boşuna veriləcək. Mənə maraqlıdır, De Byazinin son oyunlarda qazanılan qələbələr olmasaydı, yenə müqaviləsi artırılardı? Məncə, xeyr. Onda belə çıxır ki, hər nə isə...

Sonda onu demək istəyirəm ki, məşhur filmdə deyildiyi kimi "Onun bunun kinosuna min dəfə baxırıq, amma özümüzə gələndə...".

Sözüm canı odur ki, əcnəbi mütəxəssislərə bir neçə il vaxt veririk, yerli məşqçilərimizə isə bir seçmə mərhələ belə səbr etməyə hünərimiz (ləri) çatmır. 

Əcnəbi məşqçilərə verilən dəyərin daha bir bariz nümunəsini italiyalı mütəxəssislə artırılan müqavilə əsnasında görürük.

Fəqan İbrahimli