Son günlərdə maraqlı və sensasiyalı transfer xəbərləri manşetlərdən düşmür. Məsələn, Messi “Barselona”dan ayrılsaydı, şübhəsiz ki, son illərin ən şokedici transferlərindən biri olacaqdı.

 Offsideplus.az 2000-ci illərdə baş tutan və özündən çox söz etdirən transferləri təqdim edir:

10. Neymar

neymar psg paris saint germain 2019 20 hvcu2nozhe081kne9lnr896i0

2017-ci il, "Barselona"dan PSJ-yə

Hələ də futbol tarixinin ən bahalı oyunçusu ünvanına sahib olan Neymar, 222 milyon avro qarşılığında “Paris Sen-Jermen”ə transfer olmuşdu.

 

9. Kaka

f04da2da78cd138a9dfd02
2009-cu il, “Milan”dan “Real Madrid”ə

“Milan”nın ulduz oyunçusu Kaka, dünyanın ən yaxşı oyunçularını komandasında görmək istəyən “Real Madrid”lə müqavilə imzalayaraq 2009-cu ilin yayında özündən çox bəhs etdirmişdi.

 

8. Devid Bekhem

1 36

2007-ci il, "Real Madrid"dən "La Galaksi"yə

Yaxşı oyunçu olmaqdan əlavə, futbolun əsas simalarından sayılan Devid Bekhem heç kimin gözləmədiyi anda karyerasını Amerika klubunda davam etdirmişdi.

 

7. Robinyo

robinho manchester city real madrid 3172639

2008-ci il, "Real Madrid"dən "Mançester Siti"yə

Yeni Pele adlandırılan Robinyo, "Real Madrid"dən "Mançester Siti"yə transfer olaraq böyük səs-küy yaratmışdı.

 

6. Kriştiano Ronaldo

5f36969ee89ebf001f04487b

2019-cu il, "Real Madrid"dən "Yuventus"a

"Real Madrid"də Messiyə meydan oxuyan Kriştiano Ronaldonu klubdan ayrı təsəvvürümüzə gətirmədiyimiz halda "Yuventus"a transfer olduğuna şahid olduq.

 

5. Rio Ferdinand

158023809.0

2002, "Leeds Yunayted"dən "Mançester Yunayted"ə

Zamanının ən yaxşı və eyni zamanda ən bahalı müdafiə oyunçusu olan Rio Ferdinand "Mançester Yunayted"ə transfer olmuşdu.

 

4. Karlos Teves

carlos tevez manchester city

2009-cu il, "Mançester Yunayted"dən "Mançester Siti"yə

"Mançester Yunayted"də Aleks Ferqyuson ilə yola getməyən Karlos Tevezin "Mançester Siti"yə transferi böyük səs-küy yaratmışdı. "Mançester Siti" rəhbərliyi Tevesin transferindən sonra şəhərin mərkəzindəki reklam afişalarına ulduz oyunçunun şəklini qoyaraq əzəli rəqiblərinə acıq vermişdilər.

 

3. Luiş Fiqu

1486655680 193324 1486657259 sumario normal

2000-ci il, "Barselona"dan "Real Madrid"ə

"Barselona"nın oyunçusu Fiqunun bir gün "Real Madrid" forması geyinəcəyini heç kəs düşünməzdi. Portuqaliyalı ulduz böyük qalmaqallardan sonra "Real Madrid"lə razılaşdığı vaxt, "Kral klubu" komandaya Zidan, Bekhem və Fiqunu qatmaqla "Galaktikos" heyətini qurmuşdu.

2. Fernande Torres

Fernando Torres Chelsea Champions League trophy

2011-ci il, "Liverpul"dan "Çelsi"yə

"Liverpul" forması ilə Premyer Liqaya damğa vuran Fernando Torresin "Çelsi"yə getməsi ilə "Qırmızılar" çox üzülmüşdü.

 

1. Zlatan İbrahimoviç

barcelona 2009 10 2 950 523c

2009-cu il, "İnter"dən "Barselona"ya

Karyerasının zirvəsində olduğu vaxt İbrahimoviç tarixinin ən mükəmməl dövrünü keçirən "Barselona"ya transfer olmuşdu. Buna baxmayaraq, İspaniya klubu isveçli ulduz oyunçudan çox faydalana bilmədi.