Dünyada onlara vunderkid deyilrər. Son dövrlərdə Avropa klubları gənc və potensiallı futbolçulara əsas heyətdə olduqca çox şans verməyə başlayıblar.

Offsideplus.az 2001-ci ildə və daha sonrasında doğulan ən məhşur futbolçularının siyahısını təqdim edir:

Pablo Moreno (Yuventus)1

Qranada küçələrində "Yuventus" formaları satılır və bunun səbəbi Ronaldo deyil. Yerli qəhrəman komandasının heyətində möhkəmlənə bilməsə də, "qoca sinyora"nın hücum potensialını gücləndirmək iqtidarındadır.  "Barselona"nın aşağı yaş qruplarında 200-dən çox qol vuran 17 yaşlı futbolçu hazırdan "Yuventus"un U-23 komandasında oynayır.

Luka Unbehaun (Borussiya Dortmund)

3
"Bohum" yetirməsi olan Luka 2016-ci ildə 15 yaşı olarkən "Borussiya"ya transfer olunub. Almaniya U-18 komandasının əsas üzvlərindən olan Unbehaun hələ ki, Dortmund təmsilçisinin əsas heyətində debüt etməyib. Lakin O, UEFA Gənclər Liqasında ən çox adından söz etdirən futbolçulardan biridir. "Borussiya Dortmund"un baş məşqçisi Lusyen Favrenin Lukaya tezliklə əsas heyətdə şans verməsi gözlənilir.

Daniel Maldini (Milan)

5
Atası və Babası karyeralarının "Milan" müdafəsinin əfsanələri olaraq bitirdilər. Daniel Maldini isə fərqli mövqedə çıxış edir. "Milan"ın heyətində debüt edərkən 18 yaşı var idi. Əvvəlcə yarımmüdafiədə çıxış etsə də, hazırda çox yaxşı bir hücumçudur.
Atası Paulo Maldini oğlu haqda bu fikirləri səsləndirib: "O, oyun qurucudur, hücumçudur və komandasının "10" nömrəsidir. Top ayağında olarkən şair kimi fərziyələr ərsəyə gətirir".

Xavi Simons (PSJ)

6
Onun "Barselona"dan ayrılaraq PSJ-yə getməsi bir çoxlarını kədərləndirdi. Potensialı böyük olan 16 yaşlı yarımmüdafiəçi 16 yaşına kimi Kataloniyada məskunlaşdı. Bir gün Lionel Messinin yanında oynamaq xəyalının üstündən xətt çəkən Xavi PSJ-nin səmərəli təklifini rədd edə bilmədi.

Youssufa Moukuku (Borussiya Dortmund)

7
UEFA Gənclər Liqasının ən yaxşılarından olan Moukuku hazırda 15 yaşındadır. Kamerun əsilli almaniyalı hücumçunun gələcək karyerasının hamının diqqət mərkəzindədir.
Yaşının azlığı səbəbindən Bundesliqada 2020-2021-ci mövsümündən etibarən çıxış edə biləcək. Onun Eto ilə müqayisə edirlər, çünki onun qədər istedadlı biri oyunçudur.

Alessio Rikkardi (Roma)

8
"Roma"nın ilk 18-liyində həmişə yer alsa da, hələ ki, əsas heyətdə çıxış etməyib. Buna rəğmən klub oyunçu ilə 2023-cü ilə qədər müqavilə yenilədi. Apreldə 19 yaşı tamam olacaq futbolçu ilə indidən Avropanın bir çox nəhəngləri maraqlanır. Yaxşı potensialı olan oyunçunun əsas işi mərkəzdən oyun qurmaqdır.

Troy Parrott (Tottenhem)

9
18 yaşlı irlandiyalı bu mövsüm "Tottenhem"in heyətində debüt etdi və komandası ilə 2023-cü ilə qədər müqavilə imzaladı. Küçə futbolçusu tərzində oyun sərgiləyən futbolçunu İrlandiya millisi üçün də böyük uğurlar əldə etməsi gözlənilir.

Konrad de la Fuente (Barselona)

10
"Barselona" rəhbərliyi onun itirmək niyyətində deyil. 2012-ci ildən Mayamidən Kataloniyaya köçən haitili bir ailənin övladı olan Fuente sürəti ilə diqqət çəkir. ABŞ U-20 yığmasının üzvü olan futbolçunun transfer dövründə başqa bir klubla profesional müqavilə imzalası gözlənilir.

İsak Lihaci (Marsel)

11
Keçən il Fransa U-17 yığması ilə Dünya Çempionatında üçüncü pillənin sahibi olan Lihaci "Marsel" çıxış edir. Komandası ilə yeni müqavilə imzalamayan futbolçunun bu yay başqa kluba keçməsi gözlənilir.

Ander Barrenetxea (Real Sosyedad)

12
Qrizmanndan bu yana "Real Sosyedad"ın aşağı yaş qruplarında çıxış edib də, B komandasına deyil də, əsas heyətə çıxırılan ilk futbolçudur. İspaniyanın U-19 komandası ilə Avropa çempionu olan oyunçunun Bask təmsilçisi ilə müqaviləsində "60 milyon avroya sərbəst qalar" maddəsi yer alır. Bu futbolçunun karyerasındakı ilk rəsmi qolunu "Real"a vurması ona ayrıca diqqət ayırmağa səbəb olan hadisələrdəndir.

Lusyen Aqoume (İnter)

13
17 yaşlılardan ibarət Fransa millisi ilə Dünya Çempionatının yarıfinalında çıxış edən Aqoumeni Poqbaya bənzədillər. Bu səbəbdən də onun "Soşo"dan "İnter"ə transfer olunması sürpriz olmadı. Dekabr ayında Milan təmsilçisinin əsas heyətində debüt edib.

Billi Qilmour (Çelsi)

14
170 sm boyu olan futbolçu Xavi, Luka Modriç və Fabreqas tərzində bir oyunçudur. 18 yaşlı futbolçunu "Reyncers" icarə əsasında transfer etmək istəsə də, qəbul edilmədi. Lampard onun xidmətində maraqlıdır.

Ki-Yana Hoever (Liverpul)

15
Onun Kloppun ümidlərini doğrultması uzun çəkmədi. 17 yaşlıların Avropa Çempionatında Niderland millisi ilə çempiona olan Ki-Yana "Liverpul"la uzun müddətli müqavilə imzalayıb.
Klopp onun haqda bu fikirdədir: "Fantastik bir futbolçudur. Onun uzun müddət bizimlə olacağı xəbəri möhtəşəmdir".

Kurtis Cons (Liverpul)

16
Onun qabiliyyətindən heç kim şübhə etmir. Yurgen Klopp onun üçün "inanılmaz oyunçudur", -deyə deyib. İndi tək bir sual var: "Liverpul"da əsas heyətin əvəzolunmaz üzvü ola biləcəkmi?

Ciovanni Reyna (Borussiya Dortmund)

18
Gənc amerikalı indidən komandasında adından bəhs etdirməyi bacardı. O, indidən "Çelsi"yə transfer olunan Kristian Pulisiçin davamçısı sayılır. Patrk Viyera onu Trezeqenin davamçısı adlandırıb.

Coşua Zirkze (Bavariya)

19
Bundesliqada oynadığı 8 dəqiqədə 2 qol vururaq bütün diqqətləri özünə cəlb etməyi bacardı. Uzun boylu və texnikalı hücumçu indidən müdafiəçilər üçün qorxulu yuxuya çevrilib.

Harvey Elliott (Liverpul)

20

Premyer Liqada oynayan ən gənc oyunçu ünvanına sahib olan Elliottun hələ 17 yaşı tamam olmayıb. Klopp onu cinahda oynadır və texnikası, bacarığı ilə xüsusi diqqət çəkir.

Adil Aouçiçe (PSJ)21PSJ kimi ulduz futbolçulardan qurulan bir komandada aşağı yaş qruplarından əsas heyətə yüksəlməyi bacarmaq çox çətindir. Amma Aouçiçe bunu bacarıb. Liqa 1-də çıxdığı ilk qarşılaşmada 1 qol da vuraraq adından bəhs etdirə bilib. İrlandiyada keçirilən Avropa Çempionatında 4 matçda 9 dəfə fərqlənərək nə qədər istedadlı olduğunu sübut etmişdi.

Bukayo Saka (Arsenal)

22
Son zamanlarda "Arsenal"da baş məşqçilər tez-tez dəyişsə də, bütün mütəxəssislər üçün o əvəzolunmazdır. Onun üçün tək bir şey var: hansı mövqedə oynayacağını demək. Cinah hücumçusu kimi yaxşı işlər görməsi ilə bərabər, həm də müdafiəyəyə də kömək olmağı bacarır.

Erik Qarsia (Mançester Siti)

23
Laportenin yoxluğunda Pep Qvardiola müdafiədəki boşluğu onunla doldurub. Qarsia 19 yaşını təzəlikcə tamamladı və indidən Premyer Liqanın ən yaxşılarından hesab olunur. Baş məşqçisi onu keçmiş futbolçusu Busketsə bənzədir.

Sebastiano Esposito (İnter)

24
Bu mövsüm Esposito üçün yuxu idi. O, Avropa Liqasında "İnter"in əsas heyətində meydana çıxdı. İtaliya millisi ilə 17 yaşlılardan ibarət futbolçuların Avropa Çempionatının finalında oynadı. "Cenoa" ilə matçı isə karyerasının ilk qolunu vurmağı bacardı.

Li Kanq-in (Valensiya)

25
Cənubi koreyalı futbolsevərlər onun nadir istedadlı oyunçulardan biri olduğunu söyləyirlər. U-20 Dünya Çempionatında "Qızıl Top"a sahib olan Li Kanq-in "Valensiya" akademiyasının qürur səbəbidir.

Qabriel Martinelli (Arsenal)

26
"Arsenal"ın "Liverpul"la 5-5 hesablı bərabərliklə bitən matçından sonra Yurgen Klopp müdafiəçilərini bu futbolçuya görə danlayıb. Almaniyalı mütəxəssis onu "yüz ilin istedadı adlandırmışdı".

Eduardo Kamavinqa (Renn)

27
17 yaşı olan futbolçu "Renn"in əsas heyət üzvlərindəndir. Bu performansı "Real" indidən onunla maraqlanmasına səbəb olub.

Reyner (Real)

28
"Flaminqo"dan "Real"a 35 milyon avroya transfer olunan futbolçu Kakaya bənzəyir. 18 yaşlı oyunçunun Madrid klubunda uzun müddət adından bəhs etdirməsi gözlənilir.

Meson Qrinvud (Mançester Yunayted)

29
O, baş məşqçisi Suluşerin ən güvəndiyi futbolçulardan biridir. Hər iki ayağından istifadə etməyi bacaran Qrinvudla "Mançester Yunayted" yeni müqavilə imzalamaq niyyətindədir.

Ansu Fati (Barselona)

30
2019-cu ildə Kluivert Ansunun B komandasında çıxış etməsini istəyib. Hollandiyalı mütəxəssis futbolçudakı istedadı görərək oyun praktikasının çoxaldılmasını istəyib. Ansu bu vəzifəsini layiqincə yerinə yetirdi. O, Çempionlar Liqasının qrup mərhələsində "İnter"ə qol vurmağı bacardı. Bununla da turnirdə fərqlənən ən gən oyunçu adına sahib çıxdı.

Rodriqo (Real)

31
16 yaşı olanda "Santos"da şou göstərirdi. Keçən mövsüm 45 milyon avroya "Real"a transfer olunan futbolçu La Liqada çıxdığı ilk matçın 93-cü saniyəsində fərqləndi, Çempionlar Liqasında oynadığı ilk qarşılaşmada het-trik etdi və Braziliya millisinin son 2 oyununda əsas heyətdə meydanda oldu. Bu uğurlarla Rodriqo "Real"la yeni rekordlar qırmağa davam edəcək.