"Messinin soyuq bir Stok səfərində oynamayacağı" düşüncəsi ingilis futbolunun insanı özündən çıxaran klişelerindən birinə çevrilib.

Endi Qreyə lazım olduğundan daha çox diqqət yetirməyimizin üzərindən uzun zaman keçir.

Bununla yanaşı, İsveçrənin sabiq milli oyunçusu Qrey bir zamanlar Britaniya futbolunun aparıcı fiqurlarından idi.

"Sky Sports"un əsas şərhçilərindən olan Qrey İngilis futbolunun izlənmə və marketinq şəklinin dəyişməsində önəmli rol oynayıb. Premyer Liqanın dünyanın ən yaxşısı olması fikrinin yaranmasında payı olub.

10 il əvvəl 2010-cu ilin "Ballon d'Or" namizədləri barədə fikir bildirən Qrey mükafatın favoriti Lionel Messinin İngiltərədə qöz qamaşdırıcı, ya da İspaniyadakı kimi yaradıcı oynaya bilməyəcəyini iddia edir.

"Aston Villa"nın sabiq forvardı, aparıcı Riçard Keysə verdiyi açıqlamada "Messi, "Stok Siti" səfərində soyuq gecədə ayaq üstə qala bilməz" deyir.

Qrey daha sonra Birləşmiş Krallığın tv ekranlarından yoxa çıxdı - o və Keys 2011-ci ilin yanvarında cinsiyyyətçilik qalmaqalına görə işdən çıxarılır - ancaq Messinin Premyer Liqada oynaya bilməyəcəyi düşüncəsi ortadan qalxmır.

Ötən ay Messinin "Barselona"dakı gələcəyinin sual altına düşdüyü günlərdə Emmanuel Petit "Mançester Siti"nin altı "Qızıl top" mükafatı olan Messi ilə maraqlanmasının səbəbini araşdırıb.

"Arsenal" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Peddi Poverə verdiyi açıqlamada "Dürüst olmaq lazımdırsa, onun İngiltərədəki oyunların ağırlığına uyğun olduğunu düşünmürəm. Özünü təhlükəyə atmaqdan və döyüşməkdən xoşlanmır. İspaniyada ehtiyatla oynayır" fikrini səsləndirir.

Bu qorunmanın necə gerçəkləşdiyini isə açıqlamır.

Yenə də önəmli deyil, çünki Messi 15 ildir sadəcə İspaniyada möcüzələr gerçəkləşdirmir. Onun sehri Avrokuboklarda da işə yarayır - xüsusilə də Premyer Liqa klublarına qarşı.

Diqqət edək, Messi Çempionlar Liqasında İngilis klublarına qarşı digər bütün ölkə təmsilçilərinə vurduğundan daha çox qol vurub.