Helikopter qəzasında həyatını itirən Kobi Brayant, Amerika Basketbol Liqasında (NBA) 20 il müddətində geyindiyi “Los-Anceles Leykers” forması ilə çoxsaylı uğurlara və rekordlara imza atıb.

“Leykers” ilə 5 NBA çempionluğu əldə edən, 18 dəfə “all-star” seçilən, 2008-ci ildə mövsümün, 2009 və 2010-cu illərdə final seriyasının “ən yaxşı oyunçusu” (MVP) mükafatını alan, ABŞ milli komandası ilə 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazanan Kobe Bryantın ölümü, idman dünyasını yasa boğub.

Kobi Ben Brayant 1978-ci ilin 23 avqustunda Pensilvaniyada “Filadelfiya 76”nın sabiq oyunçusu Co Brayant və Pam Brayantın ən kiçik və yeganə oğlan övladı olaraq dünyaya gəlib. Əfsanəvi basketbolçunun adının maraqlı hekayəsi var. Brayantlar ailəsi yeganə oğullarının adını Yaponiyanın Kobe şəhərindəki bir restoranın meynusunda gördükləri bifşteksdən təsirlənərək qoyublar.

Image result for kobe bryant nba best playerBrayant 6 yaşında olanda atası İtaliyada bir klubla müqavilə imzalayır və ailəsi ilə birgə ora köçür. Nəticədə, İtalyanca və ispanca sərbəst danışmağı öyrənir. Basketbol oynamağa başlayanda isə cəmi 3 yaşı vardı. İtaliyada “Milan” klubuna sevgisi yaranan və futbola başlayan Kobi 1991-ci ildə ailəsi ilə Filadelfiyaya qayıdır. Daha sonra verdiyi açıqlamaların birində “İtaliyada qalsaydım, futbola davam edər, peşəkar futbolçu olardım” deyir…

1.98 m boyu olan Brayant Filadelfiyada “Lover Merion Liseyi”ndə basketbolda müdhiş uğura imza atır. 17 yaşında girdiyi SAT imtahanından 1080 xalla çıxır. Yaxşı kollecə girmək imkanı varkən, seçimini Peşəkar Basketbol Liqasından (NBA) yana edir.

Image result for kobe bryant nba best player

Brayant liseydən məzun olduqdan sonra universitetə getmədən, birbaşa NBA-da çıxış edən “Leykers” klubuna yollanır və karyerasını bu klubda bitirir.

Hələ liseydə oxuyarkən Vilt Çemberleynin 4 illik ümumi say rekordunu qıran Kobi 1996-cı ilin NBA seçmələrində “Şarlotte Hornets” tərəfindən 13-cü sıradan seçilsə də, sonra “Leykers”lə dəyişdirilir. Oyunçun seçimləri sırasında Brayantın potensialını kəşf edən və “Brayantın çalışması bugünə qədər gördüklərimin arasında ən yaxşılardan biri idi” deyən “Leykers”in icraçı direktoru Cerri Vest Vleyd Divacla Brayantı dəyişdiridi. Kobe 18 il, 2 ay, 11 gün ilə NBA tarixində ən kiçik yaşda forma geyinən oyunçu oldu. (Sonrakı illərdə bu rekord o illərdə “Portland” forması geyinən “Boston Seltik”in oyunçusu Cörmayn Onil tərəfindən yenilənir).

İlk çempionlunu 22 yaşında qazanan Kobi, 24 yaşında artıq 3 qat NBA çempionu idi. 4-cü çempionluğu isə 7 il sonra 2008-2009 mövsümündə qazanır. Buna qədər bir çox uğurlara imza atan Kobi bu çempionluqla yanaşı, “NBA finallarının ən yaxşı oyunçusu” seçilir. 2009-10 mövsümündə həm 5-ci çempionluğu qazanır, həm də ardıcıl “NBA finallarının ən yaxşı oyunçusu” adını alır.

Image result for kobe bryant nba best player

Brayant 34 yaş 100 günlük olanda NBA tarixinə 30.000 min sayı keçən ən gənc oyunçu kimi düşür.
NBA-dakı uğurları milli komanda ilə də davam edir. 2008-ci ilin yayında Çində keçirilən Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanır. 2012-ci ildə Olimpiya qızılını boynundan asır.

Kobi Brayant 2002, 2007, 2009 və 2011-ci illərdə NBA “All Star” turnirində 4 dəfə “ən yaxşı oyunçu” seçilir.

Image result for kobe bryant olimpic games gold medal

“Memfis Qrizzlies” komandasına atdığı 44 say ilə “Leykers” klubunun tarixində ən çox xal qazanan oyunçusu olur. 2011-ci ildə Los Ancelesdə təşkil olunan NBA ALL-Star matçının ən yaxşı oyunçusu seçilməklə 4 dəfə MVP olan Bob Petit ilə bunu bacaran tək oyunçu olur.

Kobi Brayant 1998-2013-cü illərdə, ümumilikdə, 15 dəfə “ən yaxşı oyunçu” seçilərək bu göstəricidə rekorda imza atır. 15 dəfə NBA-da “ən yaxşı 5-liy”ə, “ALL-Star”da isə 11 dəfə “ən yaxşı müdafiə komandası”na düşür.

2013-cü ilin iki aprelində zədələnir. Uzun müddət zədədən əziyyət çəkən Kobe həmin ilin 8 dekabrında zədədən sonrakı ilk oyununa çıxır. 13 aprel 2016-cı ildə son matçına çıxdıqdan sonra karyerasını bitirir.

Image result for kobe bryant wife

1999-cu ilin noyabrında albom çalışmaları üçün getdiyi binada (Kobi Brayantın bu albomu yayımlanmadı) 17 yaşlı rəqqasə Vanessa Layn ilə tanış olan Brayant, Kaliforniyada “Marina liseyi”ndə oxuyan Layn ilə 6 ay sonra – 2000-ci ilin mayında nişanlanır. 1 il sonra Kaliforniyada baş tutan nigah mərasiminə 12 qonaq çağırırlar.Laynın afrika əsilli olmaması və evlənmək üçün çox gənc yaşda olmaları səbəbindən ailəsi ilə yanaşı, komanda yoldaşları da toya gəlmirlər. Ailələr arasında olan söz-söhbətlər 2003-cü ildə cütlüyün Natalya Daymont adını verdikləri ilk qızlarının doğulmasından sonra azalmağa başlayır. Cütlüyün ikinci – atası ilə birgə qəzada ölən qızı Cianna 2006-cı ilin mayında dünyaya gəlir. 4 qızı olan Kobenin ən kiçik qızı hazırda 7 aylıqdır.

Image result for kobe bryant family

Basketbolun əfsanəsi 2018-ci ilin 5 martında qazandığı mükafatların üstünə birini də əlavə edir. Brayantın yazdığı, Qlen Kinin rejissorluq etdiyi "Dear Basketball" (Sevgili Basketbol) adlı filmi “ən yaxşı qısa animasiya filmi” nominasiyasında “Oskar” mükafatını qazanır. 5 dəqiqəlik animasiya Brayantın 2015-ci ildə "The Players' Tribune" adlı media qurumuna basketbolu buraxması ilə bağlı yazdığı məktuba əsaslanırdı.

Image result for kobe bryant oscar

Kobi Brayantın karyerasındakı statistika və rekordlar:

  • Kərim Abdulcabbar, Karl Malon və LeBron Ceymsin ardından NBA tarininin ən çox xal qazanan 4-üncü oyunçusu: 33.643 
  • Bir matçda ikinci ən çox xal qazanan NBA oyunçusu: 81
  • 60 xal qazanan ən yaşlı NBA oyunçusu: 37 yaş, 234 gün
  • Karyerası boyunca 40 xal qazandığı matçların sayı: 135
  • Vilt Çemberlayndən sonra 50 sayını ardıcıl ən çox keçən NBA oyunçusu: 4 matç (2007-ci ilin mart ayında ardıcıllıqla 65, 50, 60 və 50)
  • NBA All-Star matçında MVP mükafatını ən çox alan oyunçu: 4 dəfə (2002, 2007, 2009, 2011) (Bob Pettit ilə birinciliyi bölüşür)
  • NBA All-Star matçına ən çox seçilən oyunçu: 18 dəfə
  • NBA All-Star matçının ilk “5-liy”inə ən çox seçilən oyunçu: 16 dəfə
  • Bir NBA matçına ilk “5-lik”də başlayan ən gənc oyunçu: 18 yaş, 158 gün
  • NBA All-Star matçına ilk “5-lik”də çıxan ən gənc oyunçu: 19 yaş, 169 gün

 

Zeynəb Əliyeva