"Zirə"nin oyunçusu Pyer Zebli Konfrans Liqasının III Təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu bu sözləri deyib:

"Çətin oyun olacağını bilirik. Məşqçimizin təlimatların yerinə yetirməyə çalışacağıq. Matçın gedişatını xeyrimizə çevirə bilərik. Yalnız oyuna köklənmişik".

Qeyd edək ki, "Zirə" - "Osiyek" qarşılaşması 15 avqust saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.