Azərbaycan güləşinin əfsanəsi Mariya Stadnik idman karyerasına son qoyub.
Offsideplus.az xəbər verir ki, dünya güləşinin canlı əfsanəsi, 17 ildən artıq müddət ərzində Azərbaycan güləşinə böyük xidmətlər göstərən Mariya, idmançı karyerasını başa vurub.
Mariya, 5 dəfə Olimpiya oyunlarında iştirak edib. O, həm də 4 dəfə Olimpiya medalına sahib olan tək Azərbaycanlı idmançıdır. Bununla yanaşı, 2 dəfə Dünya Çempionu, 10 dəfə Avropa Çempionu kimi böyük uğurlara imza atıb.
Əlavə olaraq, Mariya Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olaraq öz adını dünya güləşinin zirvələrində qeyd etdirib.