Bu gün Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) və Azərbaycanın “Sabah” klubları üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma “bayquşlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda “Offside”a düşən məqamları diqqətinizə çatdırırıq:
* Macarıstanda oyunu izləyənlər arasında 40-a yaxın azərbaycanlı azarkeş var idi. "Bayquşlar"ı dəstəkləyən arasında "Soldati Sabah Avropa", "Milli dəstə" fan-klubları vardı.
* Bir zamanlar "DAK 1904" komandasında oynamış (2017) Pavol Şafranko "Sabah"ın heyətində keçirdiyi rəsmi debüt oyununda fərqləndi. Sabiq klubu isə Bakıda "Zirə"yə 0:4 hesabla darmadağın olub, Slovakiyaya döndü.
* Şafrankonun qolu "Ultra-Hayfa" azarkeş qrupunu elə əsəbiləşdirdi ki, tərəfdarlar qolun ardınca komandalarını yuxudan oyatmaq üçün məşəl yandırmağa başladılar.
* 3-cü qolun müəllifi 20 yaşlı Xəyal Əliyev "Sabah" yetirməsidir.
* Bu, "Sabah"ın avrokuboklarda ən böyükhesablı qələbəsi idi.