Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" növbəti oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, komanda cavab oyunu qarşılaşmasında İsveçrənin "Lütsern" komandası ilə qarşılaşacaq. Səfər matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş "Lütsern"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.