Yığmamızın üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsi oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, İsveç təmsilçisi ilk matç çərçivəsində "Lütsern"i (İsveçrə) qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Artıq komandaların oyun üçün heyətləri açıqlanıb və Musa Qurbanlının adı ilk "11-lik"də yer alıb.