UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" ilk oyununa çıxacaq.

İsveç təmsilçisi Bakı vaxtı ilə saat 21:00-da İsveçrənin "Lütsern" kollektivini qəbul edəcək. 

Musa da bu oyunun iştirakçısı ola bilər.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-ü keçiriləcək.