“Qarabağ” klubu Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.
Offsideplus.az xəbər verir ki, Ağdam yəmsilçisi buna Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə Bakıdakı ilk matçda qalib gəlməklə bacarıb. Nəticədə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına 0.500 xal əlavə edilib. Bu mövsümdəki ümumi xal qaazancımız 4 xala çatıb.
Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cudur. 28-ci yerdəki Polşanın 18.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.