"Sabah yeni mövsümün ilk rəsmi oyununu keçirəcəyik. Matça ciddi hazırlaşmışıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Macarıstanın "Fehervar" komandasının çalışdırıcısı Mixael Boris sabah "Qəbələ"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçından əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis  "Qəbələ"nin fiziki cəhətdən çox yaxşı klub olduğunu bildirib: "Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə müzakirəmiz oldu. Orada Azərbaycan təmsilçisinin necə çıxış etdiyini, nəyə qadir olduğunu təhlil etdik. Ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox yaxşı klubdur. Bu görüşə tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik. Əsas heyətdə əsasən "Qalatasaray"a qarşı yoxlama oyunun ilk hissəsində meydana çıxmış oyunçulara şans verəcəm. Amma ola bilsin ki, 2-3 dəyişiklikdə olsun".

Qeyd edək ki, "Fehervar" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.