UEFA Fransanın “Marsel” Futbol Klubunu 44 250 dollar məbləğində cərimə edib.
Offsideplus.az xəbər verir ki, buna səbəb “Qarabağ”la oyunda (3:1) baş vermiş insidentdir.
Avropanın ali futbol qurumunun qərarında göstərilir ki, təxribatçı və siyasi şüarlara görə, komanda 20 000 dollar cərimə edilir.
Bundan əlavə Liqa 1 təmsilçisi tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.