"Qarabağ" klubunun UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransa "Marsel"i Ağdam təmsilçisi ilə Bakıda keçirəcəyi cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, siyahıda 22 oyunçunun adını daxil edib.

Sözügedən oyunçuları təqdim edirik:

Qapıçılar: Stiv Mandanda, Pau Lopez, Simon Nqapandutenbu

Müdafiəçilər: Pol Lirola, Siid Kolaşinaç, Leonardo Balerdi, Alvaro Qonzales, Uillam Saliba, Luan Peres, Duye Saleta-Kar

Yarımmüdafiəçilər: Jerson, Pape Qeye, Matteo Genduzi, Bubakar Kamara, Valentin Roncier

Hücumçular: Sedrik Bakambu, Arkadius Milik, Dimitri Payet, Bamba Dienq, Konrad de la Fuente, Cengiz Ünder, Amin Harit

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.