"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan  "Marsel"inin 2 futbolçusunda  koronavirusa aşkarlanıb.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Fransa təmsilçisinin çalışdırıcısı Xorxe Sampaoli  deyib. 61 yaşlı argentinalı mütəxəssis Pol Lirola və Konrad de la Fuentenin test nəticəsinin müsbət çıxdığını bildirib.

Hər iki futbolçu karatinə alınıb.

 

Qeyd edək ki,  "Marsel" - "Qarabağ"  qarşılaşması fevralın 17-də "Veledrom" stadionunda baş tutacaq. Cavab matçı isə bir hədtə sonra Bakıda olacaq.