Bu gün Konfrans Liqasının H qrupunda "Kayrat" "Qarabağ"ı qəbul edib.

Offsideplus.az-ın məlumatına görə, Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub. "Qarabağ" bu qələbə sayəsində pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün qrupun bu gün keçiriləcək digər matçında “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.

 

4 noyabr

UEFA Konfrans Liqası

Qrup mərhələsi, IV tur

19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (Azərbaycan) 1:2 

Qol: Vadji, 58, Kante, 68 , Zubir, 72

Hakimlər: Dumitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Vyaçeslav Banari (Moldova)

Almatı, "Ortalık" stadionu

Heyətlər:

"Kayrat": 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç

Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Qulziqit Alkyulov, 8. Aibol Abiken, 19. Artur Şuşinaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seyidahmet, 29. Daniyar Ussenov,33. Dennis Polyakov, 46. Arsen Burançıyev

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev