"Qarabağ" klubunun Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın (Qazaxıstan) fubolçusu Qafurjan Suyumbayev Ağdam təmsilçisi ilə görüşü buraxacaq.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı oyunçu zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Tərəflər arasındakı ilk oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.