"Neftçi" UEFA Avropa Konfrans Liqasının pley-off cavab matçında Hayfa "Makkabi"sinə 0-4 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Barak Baxar 90 dəqiqə ilə bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

"Yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdən üstünlüyü ələ ala bildik. Belə nəticəni sürpriz sayıram. Komandamız qol buraxmır, bu yaxşı haldı. Asan olmadı. İlk matçda rəqib bizə çətin anlaşr yaşatdı. Biz bundan dərs çıxardıq. Bu gün meydanda olan yeni transferimizin oyunundan da razıyam".