"Neftçi"nin futbolçusu Harramiz Suares sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində İsraildə "Makkabi"(Hayfa) ilə keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı vinger sabahkı oyunla bağlı bunları deyib:

“Birinci oyun necə çətin oldusa, sabah da elə olacaq. Bu komandaya Bakıda 3 qol vurmuşuqsa, burda da bunu edə bilərik. Son dəqiqələrdə qələbəni əldən verməmizə baxmayaraq, bura məğlub olmağa gəlməmişik. Məşqçimizin göstərişlərini yerinə yetirib, sərfəli nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.