"Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik.

Offsideplus.az "sportsfinding.com"a istinadla xəbər verir ki, bu sözləri "Makkabi"(İsrail, Hayfa) klubunun baş məşqçisi Barak Baxar UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah "evdə" "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis cütün taleyini 90 dəqiqə ərzində həll etmək niyyətində olduqlarını bildirib:

"İsraildə rəqib komandaları qiymətləmndirməmək adətdir. Hədəfimiz birinci görüşün ilk hissəsindəki oyunumuzun tempini daha da artırmaqdır. Məsələni 90 dəqiqədə həll etmək istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.