UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Offsideplus.az bakılıların rəsmi saytına istinadən xəbər verir ki, tədbir avqustun 25-i Bakı vaxtı ilə saat 20:30-dan etibarən “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək.

Konfransdan sonra, saat 21:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Eyni məkanda həmin gün saat 18:30-da rəqib komandanın mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.