UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Neftçi" - "Makkabi" (3:3) matçından sonra qonaq komandanın baş məşqçisi Barak Baxar jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər veriri ki, 42 yaşlı mütəxəssis qarşılaşma haqqında bunları deyib:
"Çox "dəli" qarşılaşma alındı. Matça yaxşı başladıq, amma sonra 3 qol buraxdıq. Oyuna qayıtmaq, hesabı bərabərləşdirmək çox vacib və çətin məsələ idi. Bütün diqqətimizi Hayfadakı matça yönəldəcəyik. Doğma meydanımızda qələbə qazanmağa çalışacağıq.
- Oyuna yaxşı başladığınızı dediniz, amma 3 qol buraxdınız. Rəqibdən belə geridönüş gözləyirdinizmi?
- Matçdan əvvəl “Neftçi”nin gücünü bildirmişdim. Birinci qol sadəcə fantastika idi. Ondan sonra “Neftçi” futbolçuları daha inamlı oynadılar, ruhlandılar. Amma bu nəticə bizi qane edir.
- “Neftçi”nin əsas futbolçularından biri Sabir Buqrindir. Onun haqqında nə deyə bilərsiz?
- Mərakeş millisinə çağırılıbsa, bu, onun gücündən xəbər verir. Həmçinin, Yusuf Lavalı və Emin Mahmudovu da fərqləndirərdim. 17 dəqiqə ərzində, “Neftçi” qollar vurduğu zaman, meydanda yalnız bir komanda var idi.
- Hayfada “Neftçi” həmin 17 dəqiqə kimi oynasa, buna hazırsınızmı?
- Əsas məqsədimiz qrup mərhələsinə yüksəlməkdir. Hər şeyə hazırıq. İsrailə nə biz, nə də “Neftçi” dincəlməyə gəlməyəcək.