UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-u “Neftçi” – “Makkabi” qarşılaşması keçiriləcək.

Offsideplus.az xəbər verir ki, saat 21:00-da “Bakcell Arena” stadionunda oynanılacaq görüş öncəsi komandaların mətbuat konfransı və açıq məşqlərin vaxtı müəyyənləşib. 

Avqustun 18-i saat 19:30-da "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və  futbolçu Mert Çelikin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Konfransdan sonra, saat 20:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

“Bakcell Arena”da həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı, 18:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.