Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Kolos" klubu Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən kollektiv Qazaxıstanda "Şaxtyor" (Karaqanda) klubu ilə qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Ukraynadakı ilk oyunda da hesab açılmadığı üçün əlavə vaxt oynanılıb. Görüşün əvvəlində ehtiyat oyunçular skamyasında yer alan Nuriyev 88-ci dəqiqədə meydana daxil olub.

Oyunun əlavə vaxtında da qapılara qol vurulmayıb. Penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə üstələyən "Şaxtyor" mərhələ adlayıb. Nuriyev Ukrayna təmsilçisinin ilk penaltisini boşa verib.