"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində "Sent-Patriks"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, səfərdə keçiriləcək oyun "bayquşlar" üçün olduqca vacibdir. “Sabah"ın ilk oyunda şansını dəyərləndirməyi üçün Ceyhun Sultanova üz tutduq. Veteran futbolçu Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"İrlandlar atletik güc futboluna üstünlük verirlər.
İlk oyun olduğu üçün şansları 50/50 hesab edirəm. Bizə mərhələni keçmək üçün İrlandiyadan yaxşı nəticə qazanıb, gəlmək lazımdır. Düşünürəm ki, "Sabah" bunu bacara biləcək gücdədir.
Yenə də deyirəm, ilk oyun olduğu üçün nəsə artıq sözləyə bilmirəm. Uğurlar arzulayıram. İnanıram ki, yaxşı futbol oynayacaqlar, cütün talehi Bakıda həll olunacaq"