Karlo Ançelotti "Real"dakı gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, italiyalı baş məşqçi mövsümün sonunda "kral klubu"ndan ayrılmağı qərara alıb. Bu barədə "Onda Cero" məlumat yayıb.
Təcrübəli mütəxəssisin "Real Madrid" çempion olsa belə ayrılmaqda qərarlı olduğu qeyd edilib.
Xatırladaq ki, Ançelottinin İspaniya nəhəngi ilə 2026-cı ilə qədər müqaviləsi var.