Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Qarabağ" Bakıda Belçika "Gent"ini qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb. Ağdam təmsilçisi rəqibə 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında cavab qarşılaşması 1 həftə sonra Belçikada keçiriləcək.

UEFA Avropa Konfrans Liqası

Pley-off mərhələsinin ilk oyunları

21:45 "Qarabağ" - "Gent" 1:0 

Qol: L.Andrade, 78.

Baş hakim: Məhəmməd Al-Hakim

Köməkçi hakimlər: Pavel Pskit, Bartosz Frankovsk (VAR), Uno Tutk (hakim-inspektor)

Tofiq Bəhramov adına Respublika stadionu