Fevralın 16-da Konfans Liqasının pley-off mərhələsi üzrə "Qarabağ"la üz-üzə gələcək "Gent" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Belçika təmsilçisinin serbiyalı hücumçusu Darko Lemaiç sıradan çıxıb. 29 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu barədə baş məşqçi Heyn Vanhazebruk yerli mətbuata açıqlayıb: 

"Zədəlilər hələ ki, qayıtmayıb. Təəssüf ki, yenidən uzun müddətə Lemaiçi itirdik. Bu çox pis oldu, çünki o, bizim jokerimiz idi".

Daha öncə Tarik Tissudali, Vadis Odjija-Ofoe, Matiss Samuaz, Nuriu Fortuna və Endryu Yulsager də zədələnmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Gent” matçı fevralın 16-sı saat 21:45-də "Tofiq Bəhramov adına Respublika stadionu"nda baş tutacaq.