Belçika çempionatının XXIV turunda "Gent" "Genk" komandası 2:3 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Heyn Vanhazebruk klubun transfer siyasətini sərt tənqid edib.

"Genk" klubunun daha çox imkanı var. Son dönəmlərdə transferlərdə bizdən daha yaxşıdırlar. Biz futbolçuları almaq üçün menecerlərdən asılıyıq (gülür). Sonra da fəxrlə deyirik ki,  Haiti və İordaniyadan kimisə transfer etdik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" fevralın 16-da Bakıda "Gent"lə qarşılaşacaq.