“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” (Belçika) yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika təmsilçisi Polşa millisinin futbolçusu Kamil Pyatkovskini "Zalsburq"dan icarəyə götürüb. 23 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Gent”in formasını geyinəcək.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasındakı ilk matç fevralın 16-da Bakıda, cavab oyunu isə fevralın 23-də Gentdə oynanılacaq.