Məlum olduğu kimi “Qarabağ” Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk oyunu 2023-cü ildə fevralın 16-da Bakıda, cavab qarşılaşması isə fevralın 23-də Belçikada keçiriləcək.

Offsideplus.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən “Gent” klubu 1864-cü ildə yaradılıb. Belçika təmsilçisi ilk öncə otüstü xokkey və yüngül atletika bölmələri üzrə uzun müddət idman cəmiyyəti kimi fəaliyyət göstərib. 1864-cü ildə gimnastikanın təbliği ilə məşğul olan "Société Gymnastique la Gantoise" adlı dərnək işə başlayıb. Bəzi filiallar tez bir zamanda müstəqil olub və 1891-ci ildə komanda “Racing Club”, “Running Club” və “Red Star” kimi gənc komandaların birləşməsi olan Atletika Assosiasiyası ilə birləşib. Birləşmiş yeni komanda “Association Athletique "La Gantoise” adlanıb və fəaliyyətlər gimnastikadan əlavə, atletika, boks, kriket, velosiped sürmə, qılıncoynatma, xokkey, üzgüçülük və tennisə qədər genişləndirilib. Bu kontekst üzrə  “Gent” atletika komandası yaradılıb. Futbol bölməsi 1900-cü ildə idman cəmiyyətindən ayrılaraq müstəqil olaraq işinə başlayıb. 1971-ci ilə qədər fransız adı "La Gantoise" ilə tanınırdı (və hələ də Belçikanın fransız dilli hissəsində belə adlandırılır). Elə həmin ildən bəri öz adlarını indiki Niderland versiyasına dəyişiblər.

Klubun ləqəbi “De Buffalo”dur (“Buğalar”), bu termin erkən "Buffalo Bill" və onun "Vəhşi Qərb" sirkinin şəhərə səfərindən sonra yaranıb. 1970-1980-cı illər arası aşağı liqalarda var-gəl edən komanda 1989-90 mövsümündən bəri Belçika Birinci Divizion A-da (yüksək liqa) oynayır. Dörd dəfə (1963/64, 1983/84, 2009/10, 2021/22) ölkə kubokunu qazanan klub bundan əlavə, cəmi bir dəfə ölkə çempionu (2014/15) və superkuboka (2015)  sahib çıxıb. “Buğalar” 2 dəfə (1954/55 və 2019/20) ölkə çempionatında gümüş,  2009/10 mövsümündə isə bürünc medal əldə edib. “Gent” Belçika  kubokunun finalında 2 dəfə ( 2007/08 və 2018/19) və ölkə superkubokunun həlledici qarşılaşmasında da eyni sayda (1983/84, 2010) məğlub olub. Klub 2006 və 2007-ci illərdə isə İntertoto Kubokunda 2-ci yerə çıxıb. 1991/92 mövsümündə UEFA Kubokunda 1/4 finala yüksəlib ki, bu da onların avrokuboklarda indiyə qədərki ən yaxşı nailiyyətidir.

1920-ci ildən 2013-cü ilə qədər Brüggedəki “Jules Ottenstadion”da ev oyunlarını keçirən komanda, 2013-cü ildən isə 20 000 nəfər azarkeş tutumuna malik  “Gelamco Arena”da öz rəqiblərini qəbul edir. Klubun rəngləri mavi və ağdır. Evdə mavi, səfərdə isə sarı, 3-cü geyim dəsti kimi isə ağ formalardan istifadə edir. Əsas sponsoru VDK bankdır.

 “Gelamco Arena”.

01

gettyimages 1239903315 594x594

KAA Gent 1 1184x450

 Kluba 2020-ci il dekabrın 4-dən Heyn Vanhazebruk başçılıq etdiyi məşqçilər korpusu rəhbərlik edir. Belçikalı mütəxəssisin çalışdırdığı komanda hazırda yerli çempionatda 16 turdan sonra 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda meydana daha çox 3-4-1-2, 3-5-2, 5-3-2 sxemində çıxır.

 Heyn Vanhazebruk ("Gent"in baş məşqçisi).

https static.nieuwsblad.be Assets Images Upload 2022 04 22 301d009c ab54 4a07 a6cd 3d6b699c5f33

 “Ağ-göylər” Belçika çempionatının geridə qalan mövsümünü (34 turdan sonra 62 xalla) 5-ci pillədə başa vurub. Komanda ikinci pley-offda da ilk pillədə qərarlaşıb. “Gent”  ötən mövsüm ölkə kubokunun finalında “Anderlext”dən güclü olaraq, ( əsas və əlavə vaxtı 0:0 hesabıyla başa çatan matçda, oyun sonrası penaltilarda rəqibinə qalib gələrək (4:3)) Avropa Liqasında oynamaq hüququ əldə edib. Turnirin pley-offunda “Omoniya”ya (Kipr) ev və səfər görüşlərində (0:2, 2:0) məğlub olaraq mübarizəni Konfrans Liqasının qrupunda davam etdirib. “Yurqorden” (İsveç), “Molde” (Norveç) və “Şemrok Rovers”in (İrlandiya) yer aldığı F qrupunu 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə 8 xalla (rəqiblərinin qapısından 10 top keçirən komanda öz qapısından isə 6 top buraxıb) başa vuran klub 1/16 final mərhələsinə vəsiqə qazanıb.

“Transfermarkt”a görə “Gent”in ümumi dəyəri 68,20 milyon avrodur. “Ağ-göylər”in ən bahalı 2 futbolçusu mərakeşli hücumçu Tarik Tissualde (7.5 milyon avro)  və kenyalı mərkəz müdafiəçisi Cozef Okumudur (6 milyon avro). Klubda 11 müxtəlif ölkədən 13 legioner futbolçu ( Fransa və Norveçdən -2, Serbiya, Danimarka,  Almaniya, Kamerun, Keniya, Mərakeş, Qambiya, Cənubi Koreya, Anqoladan - 1) çıxış edir. "Buğalar"ın kapitanı belçikalı yarımmüdafiəçi Vadis Odidja-Ofoedir. 33 yaşlı oyunçu 2018-2019-cu ildən klubda çıxış edir. “Gent”in ən məhsuldar futbolçusu isə belçikalı hücumçu Huqo Kuypersdi. 25 yaşlı oyunçu bütün turnirlərdə 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Gent" komandası.

o t 2 249 kaa gent 1

 

Huqo Kuypers ("Gent"in məhsuldar oyunçusu).

52667

 

Fəqan İbrahimli