UEFA Konfrans Liqasının pley-offunda "Qarabağ" və "Gent" komandaları arasında baş tutacaq oyunların başlama saatı açıqlanıb.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. 

Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.