FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

 Offisdeplus.az xəbər verir ki, Məsiyev  UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda  İsraildə "Hapoel" (Ber-Şeva) və Avstriyanın "Austriya" (Vyana) komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 3-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.