Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisi bosniyalı Faruk Hodjiçi transfer edib. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, ilk görüşdə səfərdə rəqibinə 1:4 hesabıyla məğlub olan "Qəbələ", bu komanda ilə cavab oyununu iyulun 28-i saat 20:00-da Qəbələ şəhər stadionunda keçirəcək.